04.09.2026 - 11:11
Kriminal 21 baxış

Keçmiş nazirin həbs müddəti daha uzadıldı

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, eyni zamanda İrəvanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti daha iki ay uzadılıb. Bu qərar onun iyunun 5-dən bəri saxlanıldığı həbs qətimkan tədbirinin davamı olaraq qəbul edilib.

Minval.info xəbər verir ki, keçmiş məmur vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilir. Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Qaqik Beqlaryan 2004-2010-cu illərdə İrəvanın Kentron icmasının rəhbəri və şəhər meri vəzifələrində çalışarkən səlahiyyətlərindən sui-istifadə edib. O, ümumi dəyəri 2 milyard 327 milyon dram (təxminən 11 milyon AZN) olan 27 daşınmaz əmlakı özünün və ya yaxın şəxslərinin mülkiyyətinə keçirməkdə, daha sonra isə cinayət yolu ilə əldə edilmiş bu əmlakları leqallaşdırmaqda ittiham olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: