Keçmiş deputatdan təklif: “Sahibsiz itləri Çinə ixrac edək”
Ölkədə sahibsiz heyvanların sayının artması bir çox problemlərə səbəb olur. Əsasən itlərin küçələrdə çoxalması insanların həyatı üçün təhlükəyə çevrilir.
Minval.info xəbər verir ki, sabiq deputat Etibar Hüseynov sahibsiz itlərin problemi ilə bağlı təklif irəli sürüb. O, sözügedən heyvan növünün Çinə ixrac edilməsi təklif edir:
“Bilmirəm bu fikrimi zarafatca deyim, ya ciddi? Hər halda siz də öz münasibətinizi bildirsəniz pis olmaz. Az qala elə ay olmaz ki, mətbuatda sahibsiz itlərin güllələnməsi barədə informasiya getməsin. Hər dəfə də bu qəbildən olan xəbərlər yayımlananda heyvansevərlər hay-küy salıb etiraz edir. Bir çox hallada isə quduz itlərin uşaq və gənclərə hücum etmə xəbəri gəlir. Onda da sahibsiz itlərin güllələnməsi qınaq obyektinə çevrilir. Ona görə də bu məsələdə fikirlər haçalanır.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bu səbəbdən də belə bir təkliflə çıxış etmək istərdim. Bəli, heç bir normal insan itlərin məhv edilməsini istəməz. Amma bununla bərabər heç kəs də öz övladının quduz it tərəfindən qapılmasını da istəmir. Ona görə də iki variant qalır: ya bu itlər üçün sığınacaqlar yaradıb, onları yemləyib və müayinə etmək, ya da Çinin hər hansısa bir şirkəti ilə müqavilə bağlamaq ki, gəlib bu itləri yığıb aparsınlar məmləkətlərinə. Qanı da, qarğışı da bizdən uzaq olsun”.
E.Hüseynov bir müddət əvvəl Azərbaycanın rəsmi qaydada Qazaxıstana at, eşşək, donuz, mal, qoyun, toyuq, hətta qurbağaların da ixrac edildiyini əsas gətirib:
“Çinə də it ixrac edək. Bu indiki dollar qıtlığı dövründə, həm də əlavə valyuta deməkdir. Nəyi pisdir ki? Onsuz da Bakı və rayon bazarlarında it satışı var. Əlavə və lazımsız xərc çəkib saxlamaqdansa, satıb əlavə pul qazansaq yaxşı olmazmı?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar