Keçmiş azərbaycanlı icra başçısının məhkəməsi davam etdirilib

Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Prosesdə ekspert-kriminalistlər və həkim-psixiatrlar dindirilib.
Prokuror Giorgi Lobcanidze bildirib ki, iş üzrə psixoloji, bioloji və tibbi ekspertiza aparmış ekspertlər ittiham tərəfi üçün vacib olan rəyləri təqdim ediblər.
O qeyd edib ki, T.Abazov günahını etiraf etməklə bağlı sövdələşməyə getmək istəyir, lakin hələlik onun tərəfindən rəsmi müraciət olunmayıb.
Vəkil Merab Çikovani isə bildirib ki, bioloji ekspertiza ilə işlə bağlı aşkar olunmuş bioloji materialların T.Abazova aid olmadığı müəyyən olunub.
O deyib ki, hazırkı mərhələdə istintaqla sövdələşmə nəzərdən keçirilmir: “Biz bu məsələni Temur Abazovla müzakirə etməmişik”.
İş üzrə növbəti məhkəmə iclası dekabrın 13-nə təyin olunub.
Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı yerinə yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN əməliyyat keçirdi: "Qaqaş" və dəstəsi tutuldu (FOTOLAR)
Tərtərdə evdən 10 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlanıb
Bir manata görə balta ilə atasını vurdu, özünü də...
Novxanıda istirahət mərkəzində 2 nəfər bıçaqlandı
Azərbaycanlı kişi oteldə arvadını öldürdü
İş adamının qətlinin 9 il gizli qalan təfərrüatları - cinayət dosyesi