“Kaspi” Əli Həsənovdan rəsmən ALINDI
Artıq “Kaspi” qəzetinin təsisçisi “Qlobal” Media Qrupudur və bu, qəzetin rekvizitində də rəsmiləşib.
“Minval.info” Bakupost.az-a istinadən xəbər verir ki, qəzetin dizaynı və imkanları da genişlənib. Hələlik həftəlik çıxan qəzet yaxın günlərdə yüksək keyfiyyətlə gündəlik nəşr olunacaq. “Kaspi”nin dünyanın məşhur nəşrləri səviyyəsində təqdim olunacağı planlaşdırılıb. Qəzet hazırda tanınmış idman jurnalisti Natiq Muxtarlının baş redaktorluğu ilə işıq üzü görür.
Ancaq Bakupost.az-a daxil olan məlumata görə, bu post başqa şəxsə həvalə olunacaq.
Qeyd edək ki, “Kaspi” qəzeti Prezidentin sabiq köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçiliyi ilə dərc olunurdu. Ə.Həsənov vəzifədən getdikdən sonra qəzet maddi çətinliklə üzləşmiş və fəaliyyətini dayandırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir