Kartdan-karta köçürmələrdə yeni dövr: Gündə 5 əməliyyat limiti!
Azərbaycanda avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta köçürmələrə yeni limitlər tətbiq olunmağa başlanıb.
Minval.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilən razılığa əsasən, ölkədə kartla əməliyyatlara müəyyən məhdudiyyətlər qoyulub. Bu limitlər köçürmə əməliyyatlarının sayına və ümumi məbləğinə təsir edir.
Yeni qaydalara əsasən, kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat həyata keçirmək mümkündür. Hər bir kart sahibi gündə 5 dəfə köçürmə edə və eyni sayda ödəniş qəbul edə bilər. Bununla yanaşı, kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20,000 manat limit müəyyən edilib.
Qeyd edək ki, bank müştərilərinin öz kartları arasında həyata keçirdikləri əməliyyatlara bu məhdudiyyətlər tətbiq edilmir. Bu yeni şərtlər Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının üzvlərinə təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır