Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar
Baku.ws-ın məlumatına görə, Bakıda baş verən kütləvi dava ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Hadisə paytaxtın Xətai rayonu, General Şıxlınski küçəsində yerləşən “Ab Hava” restoranında baş verib.
Əldə edilən məlumatlara görə, hadisə restoranın ikinci mərtəbəsindəki kabinetdə başlayıb. Burada beş nəfər çay içib, qəlyan çəkirmiş. Qısa müddət sonra daha dörd nəfər kabinetə daxil olub və mübahisə yaranıb. Nəticədə bir nəfər bıçaqla yaralanıb.
Mübahisə restoranın foyesinə keçib və burada qətlə yetirilən Ceyhun adlı şəxs, ilkin məlumatlara görə, bir nəfəri bıçaqladıqdan sonra foyeyə qaçıb. Digər şəxslər onun arxasınca gedərək foyedə ona çatıb və burada Ceyhun qətlə yetirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı
Ağsuda dəhşət: pivə üstündə yeniyetməni öldürmək istədilər
“General Hospital” 20 min manat cərimə edildi