Karantin rejiminə əməl etməyib belə əyləndilər - Video
Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi tətbiq olunmasına baxmayaraq, bəziləri buna əməl etmir.
“Qafqazinfo” xəbər verir ki, karantin rejimini pozan şəxslər arasında şou-biznes nümayəndələrinə də rast gəlmək mümkündür.
Belə ki, indiyədək Manaf Ağayevin sosial məsafəyə əməl etməyərək iftar süfrəsi açması, rəqqasə Renkanın (Rəna Ağamuradova), aktrisa Pərvin Abıyevanın ad günü tədbirlərində iştirak etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və birmənalı qarşılanmayıb.
Bu dəfə isə müğənni Kərim Abbasov Novxanıda yerləşən “Resttime” restoranının müştəriləri üçün səhnəyə çıxıb. Bunu təsdiqləyən görüntüləri ifaçı ötən gün şəxsi instaqram hesabında paylaşıb. O, 4 ay sonra səhnəyə çıxdığını paylaşımında qeyd edib.
Videodan göründüyü kimi, müştərilər karantin rejiminin bir neçə tələbini kobud şəkildə pozublar. Əvvala, karantin rejimi ilə əlaqədar Azərbaycanda toyların, ad günü mərasimlərinin və bu cür əyləncələrin təşkilinə icazə verilmir. Bundan başqa, 10 nəfərdən artıq şəxsin bir yerə toplaşmamalıdır. Eyni zamanda müştərilər kafe və restoranlarda sosial məsafə qaydalarına əməl etməlidir.
Xatırladaq ki, bundan əvvəl rəqqasə Renkanın qatıldığı ad günü partisinin 11 iştirakçısı İnzibati Xətallar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimələnmişdi. Bundan başqa, obyekt sahibinə 1500 manat cərimə kəsilmişdi.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026