Karantin postlarında qanunsuzluq edən polislər işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasını ilə mübarizə məqsədi ilə ölkəmizdə bəzi şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.
Minval.info xəbər verir ki, mediapost.az-ın əldə etdiyi məlumata görə, Bakının girişində quraşdırılan postlarda xidmət aparan polislər rüşvət aldığına görə işdən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, postlarda xidmət aparan bir neçə polis əməkdaşı tutduğu vəzifədən azad edilib:
“Onların rüşvət aldığına görə işdən uzaqlaşdırılması haqqında bir şey deyə bilmərəm. Amma xidmət vaxtı kobud qayda pozuntularına yol verən, sərnişinlərin postu keçməyinə göz yuman bir neçə əməkdaş işdən çıxarılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026