Karantin cəriməsi olan vətəndaşları hansı cəza gözləyir?
Karantin cərimələrinin ödənilməsi ilə bağlı xüsusi mexanizm tətbiq olunmayıb.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, digər cərimələrin ödənilməsi mexanizmi qanunla nə cür tənzimlənirsə, karantin cərimələrində də proses eynidir:
“Misal üçün deyim ki, hər hansısa sənəd dəyişilən zaman vətəndaşın borcu olanda prosesi yerinə yetirə bilmir. Vətəndaşın dövlət borcu (eləcə də karantin qaydaları ilə əlaqədar cərimə) olanda məsələ məhkəməyə gedilərsə, həmin şəxs “ölkədən çıxışa qadağa” statusu qazanır.
Briliant Dadaşovanın oğlunun 3000 manatdan çox karantin cəriməsinin olduğunu xatırladaraq ölkədən çıxmaq məsələsini bir daha gündəmə gətirdik. Nurlan Əliyev sözügedən məsələ ilə bağlı bildirdi ki, mövzudan xəbərdar deyil. Ancaq, dövlət qarşısında borcu olan vətəndaş hansısa quruma müraciət etdikdə həmin qurumun hüququ varki vətəndaşa ölkədən çıxmaq üçün qadağa tətbiqini qoysun.
“Artıq burada məsələ təkcə Daxili İşlər Nazirliyini yox, digər aidiyyatı qurumların da əlaqələndirir. Cərimə ödəməyən vətəndaşlara müxtəlif məhdudiyyətlərin tətbiq edilməsi prosesi bəzi hallarda uzun çəkən məhkəmə işinin nəticəsi olur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
