Kadırovun oğulları Ukraynada döyüşə girdi
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğulları Donbasda təmas xəttində olub.
Musavat.com xəbər verir ki, bu barədə Çeçenistan lideri Teleqram kanalında yazıb.
“Çeçenistanın ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd Hacı Kadırovun nəvələri – Əhməd, Əli və Adəm ukraynalı millətçilərlə qızğın döyüşlərin getdiyi təmas xəttinə səfər ediblər. Əhməd-Hacı Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev Əhmədlə birlikdə düşmənin mövqelərinə yaxınlaşaraq, hücuma keçən döyüşçüləri atəşə tutublar”, – Kadırov yazıb.
“Əhməd, Əli və Adəm bir neçə gündür ki, Çeçenistandan olan nümayəndə heyətinin tərkibində Çeçenistan təhlükəsizlik qüvvələrinin yerləşdirilmə yerlərinə və qabaqcıl mövqelərinə baş çəkiblər. Əhməd Hacının nəvələri nasistlərin (ukraynalı döyüşçülər – red.) növbəti əks-hücumunu dəf edənə qədər öz mövqelərində qalıblar”, – deyə Kadırov əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı