Kadırov tapançasına status yazdı və...
Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.
Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib. “Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, – deyə Kadırov öz postunda yazıb.
Səhifə bağlandıqdan sonra Kadırov öz “Telegram” kanalında bu postu 2017-ci ilin dekabrında yazdığını, lakin dərc etmədiyini bildirib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Kadırovun “Instagram” və “Facebook”dakı səhifələri ötən il onun “Maqnitski siyahısına” salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu “qara siyahı”sına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.
Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar