Kadir İnanırın mirası ailəni qarşı-qarşıya qoydu
Türk kinosunun əfsanəvi simalarından biri olan Kadir İnanırın vəfatından sonra onun mirası ilə bağlı ailə daxilində mübahisələr ortaya çıxıb. Mərhum aktyorun vəsiyyətnaməsinin oxunması üçün planlaşdırılan məhkəmə iclası, bəzi ailə üzvlərinə rəsmi bildirişlərin çatmaması səbəbindən 17 dekabr saat 09:30-a təxirə salınıb.
Minval.info xəbər verir ki, Kadir İnanırın hazırladığı son vəsiyyətnamədə, var-dövlətinin böyük hissəsinin 27 illik həyat yoldaşı Jülide Kurala saxlandığı iddia edilir. Eyni zamanda, Kuralın vəfatı halında əmlakın insan hüquqları təşkilatları və təhsil müəssisələri arasında bölüşdürülməsi nəzərdə tutulub.
Bu iddialar ailə üzvləri arasında narazılığa səbəb olub və mərhum aktyorun bacı və qardaşı uşaqlarının hüquqi müstəvidə etiraz etməyə hazırlaşdıqları bildirilir. Kadir İnanırın 11 bacı-qardaşından yalnız biri həyatdadır və qanuni vərəsə sayılan qohumlarının sayı 28 nəfərdir.
Jülide Kural isə bu məsələyə belə münasibət bildirib: “Mən kədərimi yaşayıram. Kim nə danışırsa danışsın, şərh verməyəcəyəm. Kadir çox əliaçıq insan idi, ömrü boyu ailəsinə dəstək oldu. Özü bir vəsiyyətnamə hazırlayıb və buna hörmətlə yanaşmaq lazımdır. Onsuz da hüquq öz işini görəcək. Kadirə yaraşan dili heç vaxt itirməyək”.
Qeyd edək ki, Kadir İnanır 2015-ci ildə ilk vəsiyyətini hazırlamış, 2022-ci ildə isə notarial qaydada daha iki fərqli vəsiyyətnamə tərtib etmişdi. Hər üç vəsiyyətnamənin məzmunu indiyədək gizli saxlanılırdı.
Xatırladaq ki, Kadir İnanırın vəfatından sonra onun böyük miqdarda pul, müxtəlif bölgələrdə çoxlu sayda daşınmaz əmlak, 25 ədəd “Rolex” qol saatı, “Dupont”, “Cartier”, “Dunhill”, “Zippo” brendlərinə aid qızıl suyuna çəkilmiş çaxmaqlar, xüsusi işləməli üzüklər və dünyanın müxtəlif ölkələrindən topladığı 3 min ədəd qurbağa fiqurundan ibarət nadir kolleksiyaya sahib olduğu məlum olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır