Kabab sevənlər üçün xəbərdarlıq: Xərçəng riski və qorunma yolları
Son tədqiqatlar kababın xərçəng riskini artırdığını göstərir. Minnesota Universitetinin alimləri tərəfindən aparılan araşdırma, qidada həddindən artıq ət istifadəsinin sağlamlıq üçün zərərli ola biləcəyini təsdiqləyib.
Minval.info xəbər verir ki, mütəxəssislər ətin açıq alovda bişirilməsinin xərçənglə əlaqəli kimyəvi maddələrin yaranmasına səbəb olduğunu bildiriblər. Bu maddələr, xüsusilə yüksək temperaturda bişirilən ətlərdə yaranan heterosiklik aromatik aminlər və polisiklik aromatik karbohidrogenlərdir.
Araşdırma nəticəsində məlum olub ki, bu kimyəvi maddələr DNT-də dəyişikliklərə səbəb olaraq xərçəng riskini artırır. Xüsusilə prostat xərçəngi ilə əlaqələndirilən bu maddələr, hüceyrələrin bütövlüyünü pozur.
ƏLAQƏLİ
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin məlumatına görə, dünya üzrə 34.000-dən çox xərçəng ölümü emal olunmuş ət istehlakı ilə əlaqələndirilir. Lakin alimlər ət istehlakını tamamilə dayandırmağı deyil, nəzarət altında saxlamağı tövsiyə edirlər.
Bundan əlavə, Kanadada aparılan tədqiqatlar göstərir ki, kabab üçün istifadə edilən otlar və ədviyyatlar yaşla əlaqəli xəstəliklərin inkişafına qarşı mübarizə aparır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq