Kərə yağını əritdi, bu halla qarşılaşdı - İsmayıllı sakininin başına gələnlər nəzarətə götürüldü - VİDEO
İsmayıllı rayon sakini bayram şirniyyatı bişirmək üçün rayonda fəaliyyət göstərən marketlərin birindən kərə yağı alıb. Yağ əridilən zaman isə rəngini dəyişib.
Minval.info-nun məlumatına görə, yağ əvvəlcə sarı olub, əridildikdən sonra isə rəngini dəyişərək qaralıb.
Rayon sakini Qönçə Həsənova deyir ki, yağı əridərkən məhsulun rəngi dəyişib və başqa bir hala düşüb. O, yağdan istifadə etməyə ehtiyatlanıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Qönçə Həsənova aldığı məhsuldan bir parça götürərək Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə təqdim edib. Nümunələr laborator müayinəyə göndərilib.
Yağı alan sakin üzləşdiyi vəziyyət ilə bağlı mağazaya da məlumat verib. Mağazadan ona məhsulun istehsalçısı deyil, satıcısı olduqlarını və bu səbəbdən sözügedən problemlə bağlı məsuliyyət daşımadıqlarını bildiriblər. Yağın qaralmasının səbəbi isə laboratoriyanın nəticələrindən sonra bəlli olacaq.
Minval.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu