Kəmaləddin Heydərov: "İnsanlar biçilmiş sahələri yandırmasınlar"
“İnsanlar diqqətli olmalıdır, rayonlarda biçilmiş sahələri yandırırlar”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, yanğın biçilməmiş sahələrə və meşələrə keçir: “Bəzi insanların əkin sahələri yaşayış yerlərinə yaxındır. Həmin insanların özlərinə və başqalarına zərər dəyə bilər. Bu, çox diqqət edilməli olan məsələdir”.
Nazir eyni zamanda siqaret kötüklərinin yerə atılmasına da münasibət bildirib: “FHN-nin Kütləvi İnformasiya Vasitələrində mütəmadi videoları yayımlanır. Ümumiyyətlə, siqareti niyə küçəyə atırlar? Hər yerdə zibil qabları, hətta siqaretlər üçün ayrı qablar qoyulub. Sadəcə, bu mədəniyyəti mənimsəməliyik ki, siqaret və ya digər zibillər nəinki quru otluğa, küçəyə belə atılmasın”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var