Kəmalə Ağazadədən Nigar Fərhada sərt ittihamlar
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, xaricdə təhsil xidmətləri göstərən “AİD Group”un rəhbəri və aparıcı Nigar Fərhadın saxlanılması ilə əlaqədar sərt tənqidlər səsləndirib.
Minval.info xəbər verir ki, Kəmalə Ağazadə sosial şəbəkə hesabında Nigar Fərhadı şəxsən tanımadığını, lakin onun mediada geniş təbliğ olunduğunu bildirib. O, Nigar Fərhadın çıxışlarının müxtəlif efirlərdə geniş yayımlandığını və bunun nəticəsində cəmiyyətdə müəyyən bir nüfuz qazandığını qeyd edib.
Kəmalə Ağazadə, aparıcının verilişlərini və mediada təqdim olunmasını sərt ifadələrlə tənqid edərək, “Onu buralarda tanıdan efirdə 1 ya da 2 şüvən çıxışının davamlı olaraq təbliğatı oldu. Aha!!! Şüvəndisə demək düz söz deyir!!!” deyə bildirib. Birlik sədri, həmçinin bəzi media nümayəndələrinin Nigar Fərhadın çıxışlarını təbliğ etdiyini və onun “Harvard” təhsili ilə bağlı təqdimatını da tənqid edib.
Qeyd edək ki, “AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhadın saxlanıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səməd Yusubovun namizədliyi gözlənilmədən ləğv edildi
İstanbulda qanunsuz mərc əməliyyatı: 25,5 kq qızıl ələ keçirildi
Britaniya hava limanlarına kiberhücum: Şəxsi məlumatlar oğurlandı
Tərcüməçi Ziya Muradovun müəmmalı ölümü: Sirr pərdəsi aralanır
Gədəbəydə 53 yaşlı kişi bıçaqlanaraq öldürüldü
Dələduz Ədalət Mustafayev Azərbaycana gətirildi
Rasim Həsənovun azadlığına qarşı protest verildi