Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FOTOLAR
Respublika Baş Prokurorluğu Jurnalistlərin binası ilə bağlı araşdırmaya başladıqdan sonra sakinlər tərəfindən mənzillərin satışa çıxarılması prosesi sürətlənib.
“Minval.info” “Yeni Sabah”a istinadən xəbər verir ki, son günlərdə sözügedən binadan bir neçə mənzil sahibi tərəfindən satılır. Onların bir hissəsi alqı-satqı saytlarına yerləşdirilib.
Xatırladaq ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026



