Jurnalistika arzusu ilə yaşayanlar üçün önəmli gün: Qabiliyyət imtahanı yaxınlaşır!
Jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər üçün mühüm bir gün yaxınlaşır. Avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək.
Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə rəsmi məlumat yayıb. İmtahanda iştirak etmək üçün abituriyentlər internet üzərindən anket dolduraraq qeydiyyatdan keçməli və III ixtisas qrupu üzrə test imtahanında müsabiqə şərtini yerinə yetirməlidirlər.
Bu il qabiliyyət imtahanında 827 abituriyentin iştirakı gözlənilir. İmtahanlar Bakı şəhəri ilə yanaşı, DİM-in regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində də təşkil olunacaq.
Qabiliyyət imtahanı kompüter vasitəsilə keçiriləcək və abituriyentlər inşalarını elektron formada yazacaqlar. İmtahana buraxılış vərəqəsi DİM-in rəsmi saytından çap edilə bilər. Bu vərəqədə imtahanın keçiriləcəyi məkan, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan yerinə gəlmə vaxtı qeyd olunub.
Bundan əlavə, abituriyentlərə imtahan prosesi ilə bağlı vacib məlumatlar və qaydalar “Yaddaş kitabçası”ndan çıxarış şəklində təqdim olunur. İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır