Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırdı
Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.
O, bu barədə öz bəyanatında bildirib:
“Salam əziz həmvətənlərim! Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son verməyi qərara aldım. Bunun başlıca səbəbi ürək qan-damar sistemimdə meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcılı yardım xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını saxlayım.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Amma təəssüflə bildirmək istəyirəm ki, tutulmagim, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanindan geri qaytarılmağımın və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb.
Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm. Sag olun, salamat qalın”.
Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan etmişdi.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var