İTV Lider TV-nin avadanlıqlarını satın alıb
İctimai Televiziya və Radio Yayımlari Şirkəti (İTV) əsas vəsaitlərin,a ktivlərin və studiyanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi ləğv prosesində olan “Lider TV və Radio Azərbaycan” MMC-dir.
Qalib şirkətə 838,6 min manat ödəniləcək.
Xatırladaq ki, Bakı Kommersiya Məhkəməsinin ötən ilin may ayında qəbul etdiyi qərarla müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan”a əmlak inzibatçısı təyin edilib. Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur. Belə ki, bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olduğundan onun əmlakını da “Teleqüllə”nin rəhbəri satır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir