16.08.2026 - 21:57
Kriminal 32 baxış

İtaliyada intibah dövrünün qiymətli əsərləri hədəf alındı: Oğurluq hadisəsi messinada şok effekti yaratdı

İtaliyanın Siciliya bölgəsində yerləşən muzeydən XV əsrə aid qiymətli sənət əsərləri oğurlanıb. Bu əsərlər İntibah dövrünün tanınmış rəssamı Antonello da Messinaya məxsusdur.

Minval.info xəbər verir ki, oğurluq hadisəsi rəssamın doğulduğu Messina şəhərindəki muzeydə baş verib. Naməlum şəxslər, Müqəddəs Qriqori poliptixinin beş panelindən üçünü ələ keçiriblər.

Bu hadisə, İtaliya dövlətinin bir neçə ay əvvəl Nyu-Yorkda keçirilən hərracda Antonello da Messinaya aid “Ecce Homo” əsərini təxminən 15 milyon dollara almasının ardından baş verib. Messina şəhərinin meri Federiko Bazile, oğurluğun şəhərdə Müqəddəs Məryəmin şərəfinə keçirilən ənənəvi bayram günlərində törədilməsinin hadisəyə əlavə həssaslıq gətirdiyini bildirib.

Son dövrlərdə İtaliyada sənət əsərlərinin oğurlanması halları artmaqdadır. Yaxın günlərdə ölkə polisi, Parma yaxınlığındakı muzeydən mart ayında oğurlanmış və ümumi dəyəri 9 milyon avrodan çox olan Renuar, Pol Sezann və Anri Matissə aid üç tablonun tapıldığını açıqlamışdı. İlkin istintaq nəticələrinə görə, bu oğurluğun Moldova vətəndaşlarından ibarət bir qrup tərəfindən törədildiyi ehtimal edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: