İstirahət mərkəzi və yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Masallıda istirahət mərkəzi və yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
Baku TV xəbər verir ki, rayon sakini Gülhüseyn İbadova məxsus yaşayış evindən 3 500 manat dəyərində məişət texnikası və mətbəx əşyalarının oğurlanması ilə bağlı daxil olan müraciət əsasında əməliyyata başlayan polis çox keçmədən oğruları yaxalayıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı şəhər sakinləri Miramid Əsgərli və Yusif Abuşov saxlanılıb. Aparılan araşdırmalarla Miramid Əsgərlinin Masallı şəhər sakini Səyyad Hüseynovla əlbir olaraq, rayon ərazisindəki daha bir evdən 2 000 manatlıq ev əşyaları, bir istirahət mərəzindən isə 6 500 manat dəyərində elektrik transformatoru və müxtəlif məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO