İstirahət günlərinin hava proqnozu açıqlandı
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında arabir yağış yağacağı, yağan yağışın fevralın 9-da sulu qara, qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Paytaxtda isə fevralın 8-də gözlənilən yağıntı fevralın 9-da sulu qara, qara keçəcək. Mülayim şimal-qərb küləyi fevralın 8-i axşam və 9-da güclü olacaq. Havanın temperaturu fevralın 8-də gecə 4-7, gündüz 8-11, fevralın 9-da gecə və gündüz 1-3 dərəcə isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov deputatın oğluna vəzifə verdi
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
QMİ Ayın görünməsinin dəqiq vaxtını açıqladı - FOTO
Murad Köhnəqala azadlığa buraxıldı - Və 3 gün vaxt verildi
Şahmar Mövsümov Prezidentin köməkçisi təyin olundu
Tanınmış həkimin oğlu ağaclardan pul qazanır – FOTOLAR, VİDEO
Su, qaz və işıqla bağlı yeni tələblər təsdiqlənib