17.12.2018 - 17:47
Kriminal 3 baxış

“İstəyirsən pul qazanasan, cinayət törədirsən” – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında eyni səbəbə görə 2-ci dəfə tutulan Taleh Məlikovdan bəhs edilir.

Məhkum Taleh Məlikov başına gələnlərdən danışıb:

“Ailəliyəm, 3 uşağım var. Biri keçən il İstanbul Universitetinə daxil olub. Mən də vaxtında oxumuşam. İndi gəlib düşmüşəm buralara. 2016-cı ildə yenidən tutuldum. Maşın alveri edirdim. Avtosalonda bir nəfərlə tanış oldum. Ona borclu oldum amma qaytarmadım. Bu səbəbdən 8 il azadlıqdan məhrum edildim.

Sonra yenidən cinayət törətdim. İkinci dəfə torpaq alqı-satqısı ilə məşğul idim. Bir nəfərə borcum qaldı. Yenidən 5 il azadlıqdan məhrum edildim. Heç kim istəməz ki, çıxandan sonra bura qayıtsın. İstəyirsən pul qazanasan, cinayət törədirsən. Burada özünü azadlıqdan məhrum edilmiş kimi sayırsan”.

Minval.İnfo

https://www.youtube.com/watch?v=I5McqjvStdQ

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: