İsrailli merlər Azərbaycana gəlir
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) payızda bir sıra İsrail şəhərlərinin merləri və mer müavinlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini planlaşdırır.
Bu haqda Oxu.Az-a “Azİz”in baş direktoru Lev Spivak məlumat verib.
“Azİz” ikitərəfli əlaqələrin inkişafı məsələlərinin, eləcə də “qardaşlaşmış şəhərlər” layihəsinin müzakirəsi üçün bir sıra İsrail şəhərlərinin merlərinin Azərbaycana səfərini hazırlayır”, – deyə o qeyd edib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
L.Spivakın sözlərinə əsasən, 15-dən çox üzvü olan İsrail nümayəndə heyətinin səfəri sentyabrın 29-dan oktyabrın 6-dək davam edəcək.
Səfərin proqramı çərçivəsində İsrail merləri Azərbaycanın paytaxtını və müxtəlif rayonlarını ziyarət edəcəklər.
Hazırda Mingəçevir və Asula, eləcə də İsmayıllı və Kiryat-Bilik qardaşlaşmış şəhərlər siyahısındadır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var