İsmayıllıda qəribə hadisə: Şəhid kimi dəfn edilən şəxs özünün 40 mərasiminə gəlib - FOTO
İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.
Minval.info xezerxeber-ə istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.
Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər. Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib. O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub. Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib. Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.
O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış. Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.
Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub. Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.
Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb. Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə “Naməlum əsgər” yazılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
