31.08.2026 - 17:35
Kriminal 449 baxış

İslam Rzayevin həbs müddəti uzadıldı

Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayevin həbs qətimkan tədbirinin müddəti uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan İslam Rzayevin məhkəmə prosesi davam edir.

Minval.info xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılaraq, İslam Rzayevin həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, İslam Rzayev ötən ilin oktyabr ayında həbs olunub və ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb. O, 30 oktyabr tarixində Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: