İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il cəza
“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə prosesi yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm elan olunub.
Minval.info xəbər verir ki, Səməndərov xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə mühakimə olunub. İttihamlar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqlənib və onun eyni mənzili bir neçə şəxsə satdığı sübuta yetirilib.
Məhkəmə qərarına əsasən, Emil Səməndərov 13 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Səməndərov bir müddət əvvəl iş adamı İsfəndiyar Axundovu məhkəməyə vermişdi. Buna səbəb Axundovun onu “dələduz” adlandırması olmuşdu. Lakin məhkəmə bu şikayəti əsassız sayaraq İsfəndiyar Axundova bəraət verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi