İşdən qovulan azərbaycanlı məmurun qızı: "Atam bəziləri kimi 5 arvad saxlamır”
Tanınmış bloqqer və biznes leydi Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunmasına münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, Aysel instaqramda dünəndən müzakirə olunan mövzuya və ona ünvanlanan suallara cavab verib:
“Şəxsi həyatımdan danışmağı sevməmişəm. Amma bəzən məcbur olursan. Bir-iki kəlmə yazıb söhbəti bağlamaq istəyirəm. Bir daha bu mövzuda danışmayacam. Atam fəhləlikdən bu yerinə kimi öz zəhməti ilə gəlib. Kişi kimi insandır. Bəziləri kimi orda-burda 5 arvad saxlamır. Hər kəs bilir ki, ailəsinə bağlıdır. Atamın işdən çıxıb-çıxmamağı barədə heç nə deyə bilmərəm.
Həqiqətən də maraqlanmıram. Bizə onun canının sağlığı vacibdir. Yenə yalan xəbərlər yazırlar. Heç kim ölənə qədər işləmir. Atam heç kimin pulunu yeməyib, alnıaçıq və təmiz insandır. Heç kim onu şərləyə bilməz”.
Minval.İnfo

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Gəncənin deputatı: “Bu terrorun Xocalıdakı qətliamdan fərqi yoxdur”
Xalqı təhqir edən Oktay Ataxanı hansı cəza gözləyir? - deputatdan mövqe
Rauf Arifoğlu: "Sərhəddə baş verənlər ordumuzun əzmini qıra bilmədi"
Rəhimin dostları: “Son bir ildə özünə qapanmışdı”
Azərbaycanda ödənişli atalıq məzuniyyətinin olması gündəmdə
Azərbaycanda bu şəxslər 400 manat CƏRİMƏLƏNƏCƏK
