İş yerləri bu tarixdən açıla bilər, metro isə... - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejim mayın 4-ə kimi uzadılıb. Mayın 4-dən etibarən isə bəzi yumşaldılmalarının ediləcəyi ehtimal olunur.
Əsas sual xüsusi karantin rejimi ilə bağlı ilk hansı qadağalara aradan götürülməsi barədədir.
Minval.info xəbər verir ki, millət vəkili Fazil Mustafa Missiya.Az-a açıqlamasında bildirib ki, yumşaldılmalar mərhələli şəkildə həyata keçirilməlidir: “Yumşaldılmalar ilk növbədə iş yerlərinin açılması ilə bağlı olacaq. Əsasən fərdi qaydada işləyən vətəndaşların iş yerlərinin açılması gözlənilir. Əhalinin sərbəst hərəkət etməsində də müəyyən yumşaldılmalar olacaq. Çox ehtimal maskasız hərəkət etməyə qadağa qoyulacaq. Maskasız hərəkət edənlər isə cərimələnəcək”.
Fazil Mustafa rayonlar və şəhərlər arasında giriş-çıxışın da yumşaldılacağının gözlənildiyini deyib: “Ola bilsin ki, giriş-çıxışla bağlı sərt qadağalar götürüsün və müəyyən yumşaldılmalar edilsin”.
Millət vəkili Bakı metrosunun mayın 4-dən sonra da fəaliyyətini bərpa etməsinin tez olduğunu deyib: “Metronun fəaliyyətinin bərpası müəyyən müddət ləngidilməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah axşam yağış yağacaq
Azərbaycanın təsdiq olunmuş neft və qaz ehtiyatlarının həcmi açıqlanıb
Məktəb direktorunu döyməkdə təqsirləndirilən aktyorun məhkəməsi başlayıb
Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir
Bürclər - 10 iyun
Sabaha olan hava proqnozu açıqlandı
