İş xanımı fonda 10 min maska ianə etdi - Foto
“Vəfa Collection” şirkətinin rəhbəri, ilk “made in Azerbaycan” tekstil brendinin yaradıcısı, Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri Vəfa Muradzadə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə edib.
Bunu tanınmış iş adamı Vəfa Muradzadə açıqlamasında bildirib.
Vəfa Muradzadə bildirib ki, bir neçə müddət sonra dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 10.000 tibbi maska ianə edəcəklər.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?