İrpendə Azərbaycanın izi: Ceyhun bayramov zərifə əliyeva adına parkda və liseydə oldu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfər çərçivəsində Ukraynanın İrpen şəhərinə gedib.
Minval.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Ceyhun Bayramov və nümayəndə heyəti İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkı ziyarət ediblər. Onlar parkda yerləşən akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nümayəndə heyəti Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə bərpa edilən akademik Zərifə Əliyeva adına lisey və şəhər poliklinikasını ziyarət edib. XİN-in məlumatına görə, müharibə nəticəsində ciddi zərər görmüş İrpen şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi dəstəyin əhəmiyyətli nümunələrindəndir.
ƏLAQƏLİ
Türkologiyanın Sabahı: Dosent aynur i̇brahimovanın Ankarada diqqət çəkən məruzəsi
Səfər zamanı Azərbaycan hökumətinin dəstəyi ilə İrpendə planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə də tanışlıq olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Biləcərinin təhlükəli yolları: Hər gün avtomobil sahiblərinin qorxulu yuxusu
Bakının bu ərazilərində sabah qaz olmayacaq – SİYAHI
Qarabağ futbol akademiyasında yeni dövr: Məşqçi heyətində kimlər var?