İrandan Azərbaycana "şokoladlı narkotik" keçirmək istəyənlər saxlanıldı
İrandan piyada yolla gələn Azərbaycanın üç vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı dörd ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.
Qutulardan “Nani”, “Eterno” markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə – metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə – heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə – tiryək, həmçinin 10 ədəd üzərində “FM 40” yazısı olan açıq qəhvəyi rəngli həb – metadon olduğu məlum olub.
Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri”nin II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var