İran və oman hürmüz boğazında təhlükəsizliyi artıracaq marşrutda razılaşdı: Ticarət gəmiləri üçün yeni dövr başlaya bilər
İran və Oman Hürmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün yeni bir marşrutun yaradılması barədə razılığa gəliblər.
Minval.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında aparılan danışıqlar nəticəsində marşrutun coğrafi koordinatları üzrə razılıq əldə olunub.
Bəqayi əlavə edib ki, marşrutun texniki, hüquqi, təhlükəsizlik və ekoloji aspektləri İranın müvafiq qurumları tərəfindən ətraflı şəkildə qiymətləndirilib. Əgər üçüncü tərəflər prosesə müdaxilə etməzsə, yaxın zamanda tərəflərin razılaşdırdığı əsas məqamları özündə əks etdirən birgə bəyanatın da yekunlaşdırılması gözlənilir.
Yeni marşrutun Hürmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini artıracağı vurğulanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçə gölündə tornado: Nadir təbiət hadisəsi!
Şəhid atası: Qürur və fəxarət dolu həyat
Qaraçuxurda 10 illik kanalizasiya problemi bitmir!
Turizm "yetim" vəziyyətdə: Sərhədlər bağlandı!
Uşaq oyuncaqlarında Müşviq Şahverdiyevin mahnısı səslənir
BYD 183 min avtomobilini geri çağırır
Bəy Mamed"də villa iddiaları yalanlandı