İran gəmisinin batma səbəbi bəlli oldu - AÇIQLAMA
İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açılamasında Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisinin komandiri Nəhməd Quliyev deyib.
Onun sözlərinə görə, gözətçi gəmisi dövlət sərhədinin mühafizəsində olarkən baş komandanın nəzarət mərkəzi tərəfindən gəmiyə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batma təhlükəsi barədə sos siqnalı daxil olub.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Dərhal hadisə yerinə yollandıq. Fırtınalı hava şəraitinə baxmayaraq, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edildi. Onlar arasında xəsarət alan yoxdur. Gəmi isə bir neçə saat sonra batdı”, – deyə komandir bildirib.
N. Quliyev onu da əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır: “Heyətin yeddi nəfəri iranlı, iki nəfəri isə hindistanlıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda