İran Ermənistanla energetika sahəsində əməkdaşlığı genişləndirir
İranın energetika sahəsində Ermənistanla münasibətləri yeni bir mərhələyə qədəm qoyur. Bu əməkdaşlıq, regionda strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə imkan tanıyacaq.
Minval.info xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, İranın xarici işlər nazirinin müavini Həmid Qənbərini qəbul edərək, iki ölkə arasında enerji, nəqliyyat və yol tikintisi sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə, Ermənistan–İran arasında 400 kV gərginlikli üçüncü elektrik ötürmə xəttinin tikintisi ilə bağlı irəliləyişlər də müzakirə olunub. Tərəflər bu layihənin strateji əhəmiyyətini vurğulayaraq, gələcəkdə iki ölkə arasındakı əlaqələrin daha da güclənəcəyinə ümid etdiklərini ifadə ediblər.
Xudatyan, Tehrana etdiyi son səfərdə əldə olunan razılaşmaların əməkdaşlığı dərinləşdirəcəyini qeyd edərək, İran şirkətlərinin Ermənistandakı tikinti layihələrində iştirak səviyyəsinin rekord dərəcəyə çatdığını bildirib: “Bu, çox müsbət haldır”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb