İqbal Ağazadə xalq artistini tənqid etdi
Sabiq millət vəkili, “Ümid” partiyasının sədri İqbal Ağazadə Xalq artisti Eyyub Yaqubovu kəskin tənqid edib.
Minval.info xəbər verir ki, partiya sədri müğənnini dilimizi qorumamaqda, ifa etdiyi bayağı musiqilərlə insanların musiqi zövqünü korlamaqda ittiham edib:
“İctimai Televiziyada təsadüfən Eyyub Yaqubovun konsertindən fraqmentlərə baxdım. İTV rəhbərliyi adına, mədəniyyət naziri adına utandım. Mən Eyyub Yaqubovu qınamıram. Onun oxuya biləcəyi musiqinin sözləri bu qədər ola bilər. Bəs Mədəniyyət Nazirliyi, televiziya rəhbərliyi hara baxır? Ağabala Çaykovski, arvadı moskovski, sovetski – kriminal xəbərlərdə adı birinci, fəxr ediləsi adamlar və s… Nə demək bu, cənablar? Dilimiz qorunmur, bayağı musiqilər və nəticə olaraq, insanların musiqi zövqü korlanır. Ən nəhayətdə, kriminal həyata çağırış edən, bu mahnıları oxuyan Xalq artistidir…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026