İqbal Ağazadənin müşahidəçiləri din xadimini təhqir etdi, seçicinin səsvermə hüququnu pozdu - VİDEO
Fevral ayının 9-da baş tutan parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsində bəzi neqativ hallar da yaşandı. Onlardan biri də dairə ərazisində yerləşən Mir Tağı məscidinin axundu və dini icmanın rəhbəri Seyyid Mir Cəfər Ağanın 8 saylı seçki məntəqəsində Ümid partiyasının funksioneri və klon namizəd Abbasov Rauf Çərkəz oğlunun vəkili Qoşqar Bəylər tərəfindən təzyiqə məruz qalması, bu anların videoya çəkilib yanlış şərh edilərək sosial şəbəkədə yayılması və partiya üzvləri tərəfindən təhqirlərə məruz qalmasıdır.
Belə ki, səsvermə günü öz işçisinin ailəsini səsvermə məntəqəsinə aparan axund səbəbsiz yerə ittiham olunub. Nəticədə iki seçici səsvermə hüququndan məhrum edilib ki, bu da ciddi qanun pozuntusudur.
Halbuki seçicinin sənədləri, onun məntəqədə səsvermə hüququ məntəqə seçki komissiyası üzvləri tərəfindən yoxlanmalı idi. Seçki günü məntəqələrdə apardığımız müşahidələrdən də onu deyə bilərəik ki, Ümid partiyasının hər məntəqədə özlərinin gətirdikləri namizədlərə aid 20-30 müşahidəçisi olub və onlar məntəqəyə gələn seçicilərə müdaxilə edib, onları videoçəkilişlərlə təzyiq altında saxlayıblar. Burada belə qənaətə gəlirik ki, 8 saylı məmtəqədə İqbal Ağazadənin müşahidəçiləri məntəqəyə girən seçicioləri özləri qarşılayır, onların sənələrini özləri yoxlayır, rəqib namizədə səs verəcəyini düşündükləri seçicilərə təzyiq göstərir, məntəqə sədrinin funksiyalarını icra edirlər. Seçicilərin komissiya üzvlərinə yaxınlaşmasına belə icazə vermirlər.
Mir Tağı məscidinin axundu və dini icmanın rəhbəri Seyyid Mir Cəfər Ağa həmin gün baş verənlərdən danışaraq, ona qarşı edilən hərəkətlərin qanunsuz olduğunu və iki nəfər vətəndaşın səsvermə hüququndan məhrum edildiyini bildirib. O qeyd edib ki, videoda onun tərəfindən heç bir qanun pozuntusu əks olunmasa da sosial şəbəkədə təhqirlərə məruz qalır və şərəf və ləyaqətinə toxunan şərhlər yazılır.
Sonda isə qeyd edək ki, sözügedən seçicilər başqa rayonda qeydiyyatda olsa da, MSK-nın təlimatına uyğun olaraq aidiyyatı dövlət qurumlarından arayış alaraq səsvermə məntəqəsinə gedib, lakin “Ümid”çilərin hücumundan sonra səs vermədən məntəqədən uzaqlaşdırılıblar.
https://www.youtube.com/watch?v=HQzQF9eEEu4&feature=emb_title
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026