İnternetdə problem var? - Nazirlikdən açıqlama
Sosial şəbəkələrdə bəzi istifadəçilər internetdə problem yarandığını və şəbəkəyə qoşulmaqda çətinlik çəkdiklərini bildiriblər.
“Qafqazinfo” məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat katibi Günel Gözəlova bildirib ki, quruma kütləvi şəkildə ölkə üzrə internetin olmaması ilə bağlı vətəndaşlar tərəfindən hələ ki, rəsmi müraciət daxil olmayıb:
“Xüsusilə qeyd edək ki, karantin dövründə nəzərə alsaq ki, çox insan evindədir, şirkətlər onlayn fəaliyyət göstərir, dərslər onlayn qaydada keçirilir və hətta mediada da televiziyalar müvafiq proqramlardan istifadə etməklə dünyanın bir çox ölkələri ilə əlaqə saxlayırlar, bu zaman geniş zolaqlı şəbəkədə artımın müşahidə olunması normaldır. Biz də nazirlik olaraq bunu müşahidə edirik. Məhz bu səbəbdən mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədi ilə, demək olar ki, şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026