İnstaqramda yeni funskiya istifadəyə verildi
İnstaqram sosial şəbəkəsində istifadəçilərə onlarla maraqlanan insanlar haqqında məlumat əldə etməyə kömək edəcək yeni funksiya istifadəyə verilib.
Minval.İnfo ICTnews-a istinadən xəbər verir ki, funksiya “Tarixçə” müəllifinə dərhal bildirişin skrinşotunun edilməsi haqqında xəbərdar olmağa imkan verəcək.
Bundan başqa, İnstaqram konkret istifadəçinin adını göndərəcək. Funksiya əks istiqamətdə də işləyir – bildirişə baxanlara “tarixçə” sahibinin onların hərəkətləri barədə məlumatlı olacağı barədə xəbərdarlıq ediləcək. Sosial şəbəkə nümayəndələri sözügedən funksiyanın hansı məqsədlə tətbiq edilməsini şərh etmirlər. “Tarixçə” müvəqqəti janr hesab edilir – onlar 24 saat sonra yoxa çıxacaq.
Lakin artıq proqram istifadəçiləri mühafizədən yan keçmə üsulunu kəşf ediblər. Onlardan biri “Tarixçə”ni açaraq smartfonu “təyyarə” rejiminə keçirən və skrinşot edən zaman İnstagramın istifadəçinin hərəkətlərini qeydə ala bilməyəcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO