Avstraliya baş nazirinin itməsi

1966-1967-ci illər arasında Avstraliyanın baş naziri olmuş Harold Eduardın okeanda üzdüyü zaman yoxa çıxması bütün dünyada geniş əks-səda doğurdu. Dostları ilə balıq tutmaq üçün getdiyi Çeviot çimərliyində birdən-birə gözdən itən baş nazirin aqibəti bugünə qədər hələ də müəmmalı qalıb. Okeanda üzdüyü zaman boğulduğu ehtimalı üzərində durulsa da, hadisə günü yanında olan dostları bunu təkzib edib. Geniş axtarış əməliyyatlarından sonra Harold Eduardın cəsədinin tapılmaması hadisənin bugünə qədər müəmmalı qalmasına səbəb olub.

Harold Edward ile ilgili görsel sonucu

“Joita” gəmisinin itmiş sərnişinləri

“Joita” adlı ticarət gəmisinin 1955-ci ildə Sakit okeanda faciəvi şəkildə batması nəticəsində 25 sərnişinin heç biri xilas ola bilmədi. Cəsədlərin axtarılması üçün səfərbər olan xilasedicilər müəmmalı şəkildə heç bir sərnişinin qalıqlarına rast gəlmədilər. Gəminin batdığı əraziyə yaxın heç biri quru sahəsinin olmaması sərnişinlərin xilas olma ehtimalının mümkünsüzlüyü göstərirdi. Axtarışlar illərlə davam etsə də, batan gəmidə olan sərnişinlərin cəsədləri tapılmadı.

batmış gemi ile ilgili görsel sonucu

Kentuçkidə baş verən “ət yağışı”

1876-cı ildə ABŞ-ın Kentuçki vilayətində “ət yağışı” olaraq tarixə düşən müəmmalı hadisə baş verib. Hadisə şahidləri göydən 5-10 santimetr böyüklüyündə ət parçalarının yağdığını iddia ediblər. Şahidlərdən biri sübut kimi ət parçalarından birini qablaşdıraraq saxlayıb. Ətlərdən analiz götürən həkimlər hissələrin körpə uşağın ağ ciyər parçaları olduğunun fərqinə vardılar. Hadisənin 1 əsrdən çox vaxt keçsə də, səbəb hələ də müəmmalı olaraq qalıb.

Кентукки ile ilgili görsel sonucu

Daşlaşmış nəhəng insan cəsədi

İrlandiyanın Dyer ərazisində 1895-ci ildə mineral araştırmalarla məşğul olan ekspedisiya 3.7 metr hündürlüyündə daşlaşmış insan cəsədinə rast gəlib. Araştırmaçılar bu sürpriz tapıntını olduqca heyrətlə qarşılayıb. Cəsədin sağ ayağının 6 barmaqlı olması tapıntını daha da müəmmalı edib. Sözügedən insanın hansı dövrdə yaşaması ilə bağlı müxtəlif iddialar mövcuddur.

İrlanda Dyer ile ilgili görsel sonucu

“La Madonna e san Giovannino” tablosundakı kosmik gəmi

15-ci əsrdə İtaliyalı rəssam Filippo Lippi tərəfindən çəkilən “La Madonna e san Giovannino” tablosunda təsvir olunmuş kosmik gəmi təsviri olduqca maraq doğurur. Bəzi araştırmaçılar bunun orta əsrlərdə geniş yayılmış dini inanışlarla əlaqəli olduğunu desələr də, bəziləri bunun yad planetlilərə aid olan kosmik gəmi olduğunu iddia edirlər.

Ä°lgili resim

Nazim Hacıyev

Minval.info