İnklərin itmiş şəhərinin sirri açılıb
Braziliyadakı Riu-Qrandi-du Sul Federal Universitetinin alimləri dəniz səviyyəsindən iki kilometr yüksəklikdə yerləşən inklərin Maçu Pikçu şəhərinin sirrini aşkar edib.
Məlum olub ki, inşaatçılar buranı tikintiyə yararlı material mənbəyi olduğu üçün seçiblər. Elmi işin nəticələri Amerika Geoloji Cəmiyyətinin konfransında təqdim olunub.
Arxeoloqlar peyk şəkilləri və sahə araşdırmalarının nəticələrini təhlil edib və sonra Maçu Pikçunun altında uzunluğu hətta 175 kilometrə çatan geoloji nöqsanlar xəritəsini hazırlayıblar. Xəritədə göstərilənlər şimal-şərqdən cənub-qərbə və şimal-qərbdən cənub-şərqə uzanır və inklərin şəhəri altında kəsişir. Digər şəhərlər – Olyantaytambo, Pisak və Kusko da oxşar “yol kəsişmələrində” inşa olunub.
Çatlar güclü yağışlar zamanı fəlakətli daşqının qarşısını almağa kömək edən təbii axıntılar rolunu oynayır. Dağıntılar həmçinin inkləri məbəd və digər tikililər üçün daşlarla təmin edir, bu da insanların tikintiyə daha az enerji sərf etməsinə şərait yaradırdı.
Bundan əlavə, əsas sektorlar, bina və pilləkənlər geoloji boşluqların istiqamətinə uyğun qurulurdu. Bu təhlilə görə, Maçu Pikçunun planı dağıntı və çatlaqların xəritəsi ilə üst-üstə düşür.
İnklərin itmiş Maçu Pikçu şəhəri müasir Peru ərazisində yerləşir. O, dağ silsiləsinin başında, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə salınıb. Şəhərin XV əsrdə qurulduğu hesab olunur.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 150 minə maşın nömrəsi satılır (SİYAHI)
İtalyan aktrisa: “UNO-ların yerə endiyini gördüm”
İnsan ölməzdən öncə bu yuxuları görür — 11 min xəstə üzərində eksperiment
Elmar Məmmədyarov oğlunun toyunda belə oynadı - Video
Yaponlar bunu da etdi: “Hamilə qalmaq üçün cinsi əlaqəyə ehtiyac olmayacaq”