"İnformasiya Müharibəsi - Rəqəmsal Dünyanın Reallığı" adlı layihəyə start verilib
“Davam” Gənclər Hərəkatı tərəfindən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı”na start verilib. Sentyabr-oktyabr aylarını əhatə edəcək silsilə tədbirlər çərçivəsində “İnformasiya Müharibəsi – Rəqəmsal Dünyanın Reallığı” adlı layihənin icrasına başlanılıb.
Layihənin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, sosial mediada Azərbaycanın maraqlarının təmin edilməsi, gənclərin informasiya müharibəsində düzgün istiqamətləndirilməsi, virtual məkanda Azərbaycan əleyhinə həyata keçirilən “qara piar” kampaniyalarına qarşı mübarizə aparılmasıdır.
Layihə çərçivəsində 30 nəfərlik iştirakçı qrupları ilə artıq 5 təlim baş tutub. Bu təlimlərdə ekspert qismində iştirak edən siyasi analitik Əli Hacızadə tərəfindən “Hibrid və informasiya müharibələri”, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən “Rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi”, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı tərəfindən “İnformasiya müharibəsində beynəlxalq medianın rolu”, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov tərəfindən “Qlobal təhlükələr fonunda informasiya müharibəsi”, jurnalist Azər Niftiyev tərəfindən “İnformasiya müharibəsinin xüsusiyyətləri” mövzusunda interaktiv təlimlər keçirilib. Təlimlər zamanı mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
