İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı
Bu günə qədər 8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı məlum olub.
“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, bu günə kimi 8103 qısa nömrəsinə 8,2 milyon SMS göndərilib:
“Bunların da təqribən 64 faizinə müsbət cavab verilib. İlk günlərdə təqribən 62 faiz SMS yanlış format, aidiyyəti olmayan sözlərlə göndərilmişdi. Bu faiz get-gedə düzəlmək üzrədir. Son günlərin – dünən və bu günün statistikasına baxanda müsbət cavalandırma 80 faiz təşkil edib. İlk günlərdə isə sui-istifadə edən hallar olurdu, yəni müəyyən nalayiq sözlər yazan və ya aidiyyatı olmayan ifadələrlə SMS göndərən şəxslər var idi. Daxili İşlər Nazirliyi tərəfindən də həmin şəxslər barəsində müəyyən tədbirlər görülür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?