İndidən başınıza çarə qılın - Gələcəyin peşələri bunlardır
Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı – bu peşə sahiblərinə gələcəkdə tələbat daha da çox olacaq.
Müəllim gələcəkdə daha çox tələb olunacaq peşələrdən biridir. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı tədqiqatçılar belə bir qənaətə gəliblər.
Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun əməkdaşları “RT” agentliyinə verdikləri açıqlamada deyiblər ki, yaxın gələcəkdə Rusiyada kütləvi peşələr və idarəetmə sahəsində mütəxəssislər daha çox tələb olunacaq. Bunların arasında mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı, nasos stansiyalarının maşinisti, lift elektromexaniki, mühəndis-kimyaçı, biotexnoloji istehsalın keyfiyyətinə nəzarət üzrə menecer, ofisiant və barmen kimi peşələr də var.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Qeyd edək ki, bu proqnoz digər ölkələr üçün verilən proqnozlarla üst-üstə düşür. Məsələn, “Nesta” innovasiya şirkətinin bir müddət əvvəl 2030-cu il üçün təqdim etdiyi hesabata görə, ABŞ və Britaniyada pedaqoqlara, eləcə də mühəndislərə, qida hazırlanması və qonaqpərvərlik sahəsi işçilərinə tələbat daha çox olacaq.
Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun eksperti İrina Voloşina isə hesab edir ki, adları çəkilən bütün peşələrə hazırda da böyük tələb var.
O, qeyd edib ki, əmək bazarında vəziyyət elə də sürətlə dəyişmir.
“Lakin bəzi peşələr tədricən transformasiyaya uğraya bilərlər. İşçinin yeni əmək funksiyaları yaranır”, – Voloşina deyib.
Sputnik Azərbaycan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir