İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir - SƏRSƏM İDDİA
Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
İddiaya görə, Azərbaycan guya Xankəndi və digər ərazilərdəki erməni qadınların Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə ünvanladığı onlayn petisiyanı bloklayaraq, silə bilib. “Artsaxın qadınları artsaxın gələcəyi naminə” qondarma “vətəndaş təşəbbüsü”nün yaydığı məlumatda deyilir:
“Dekabrın 12-dən artsaxda 120 000 (?!-M.) erməninin “blokadası” ilə kifayətlənməyən azərbaycanlı təxribatçılar yanvarın 26-da change.org saytında dərc edilmiş onlayn petisiyaya keçidi bloklamaq və onu silmək yolunu tapıblar”.
Bu sərsəm petisiyanın müəllifləri iddia ediblər ki, müraciətdə Qarabağın “blokada”dan azad edilməsi xahişi əksini tapıbmış və guya bir sutkada 4 min nəfər imzalayıbmış. Beləliklə, indi də erməni separatçılar axçiləri “döyüşə” göndərir.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı