İnam Kərimov: “Ölkəmizdə media azadlığı təmin olunur”
“Bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media azadlığı təmin olunur”.
Musavat.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O xatırladıb ki, 2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir:
“Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə, media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir.
Azadlıqla məsuliyyət vəhdət təşkil edir. Yəni, azadlıqla məsuliyyət bir birindən ayrılmaz anlayışlardır. Odur ki, daha çox azadlıq həm də daha çox məsuliyyət deməkdir. Media orqanlarının obyektivlik, dürüstlük, şəffaflıq, şəxsi həyata hörmət kimi dəyərləri özündə ehtiva edən qanunla müəyyən edilmiş vəzifələri var. Məhkəmənin də rolu bütün tərəflərin hüquq və vəzifələrini balanslı şəkildə qiymətləndirməkdən ibarətdir. Məhkəmə hakimiyyəti olaraq bizim də media orqanlarından əsas gözləntimiz məsuliyyətli olmalarıdır. Ona görə ki, media həm də məsuliyyətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır”.
İ.Kərimov bildirib ki, hazırda dünyada kommunikasiya vasitələrinin transformasiyası baş verir:
“Sosial media və rəqəmsal platformalar öz əhatə dairələrini genişləndirir. Bu da ölkə daxilində media qurumlarının işinin daha səmərəli təşkilini şərtləndirir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı