16.03.2018 - 12:19
Təhsil
18 baxış
İmtahanda bunlar qadağandır - DİM xəbərdarlıq etdi
Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlərə xəbərdarlıq edib.Mərkəzdən “Minval”-a daxil olan məlumata görə, buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər aşağıdakı qaydalara riayət etməlidir:
İmtahana gələrkən buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətləri (xətkeş, pərgar və transportir) gətirilməlidir.
“İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək lazımdır.
İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır.
İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşmək lazımdır.
Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamaq, əzmək, orada lazımsız qeydlər etmək olmaz.
İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir.
Səhv cavabların nəticələri düz cavablara təsir etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: Müsahibə nəticələri açıqlandı
05.09.2026 - 18:34
Bərdə təhsil sektorunun müdiri 19 gün sonra atasını itirdi
05.09.2026 - 11:49
MİQ üzrə 1467 namizəd iş imkanı qazandı
05.09.2026 - 08:39
Peşə təhsilinə qəbulda 8791 nəfər uğur qazandı
04.09.2026 - 23:40
Ali təhsil müəssisələrində 1393 plan yeri boş qalıb
04.09.2026 - 21:06
İmtahanlara PİSA tipli tapşırıqlar gəlir
04.09.2026 - 14:41
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
04.09.2026 - 11:32
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
04.09.2026 - 10:15