İlham Əliyev: “Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik”
“Son illər Azərbaycanda energetika sahəsində çox böyük işlər görülüb, generasiya gücləri artırılıb, itirilmiş güclər bərpa edilib”.
Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında deyib.
“Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2 400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisidir. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər””, – deyə o, qeyd edib.
“Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”, – deyə dövlət başçısı əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramil Usubov Yol Patrul Xidmətinin rəisini işdən çıxardı — FOTO
Gülər Əhmədovanın oğluna hökm oxundu
İyulda 12 gün iş olmayacaq
Zakir Qaralov idarə rəisini işdən çıxardı
Bu il Azərbaycanda boşanmaların sayı AÇIQLANDI