İlham Əliyev həqiqi hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib